Rusiyanın birinci kanalında yayımlanan "Жить здорово!" (Yaşamaq gözəldir) verilişinin aparıcısı Yelena Malışeva Bakıya gəlib.
Medicina.az xəbər verir ki, o, ölkəmizə səfər çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə də baş çəkib.
Qonaq göz institutunun fəaliyyəti, buradakı müasir avadanlıqlar və yeni müalicə metodları ilə tanış olub.
Məşhur aparıcıya institutda göz xəstəlikləri ilə bağlı peşəkar səviyyədə müayinə və müalicələrin, ən mürəkkəb cərrahi əməliyyatların aparıldığı vurğulanıb.
Y.Malışeva görüşdən məmnun olduğunu bildirib, Milli Oftalmologiya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.