Rusiyanın Əməkdar artisti Anatoliy Rudakov 72 yaşında dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, məşhur aktyorun ölümünə səbəb koronavirus olub.
Xatırladaq ki, A. Rudakov 1950-ci ildə iyulun 24-ü Belarusda dünyaya gəlib. Məşhur aktyor “Lenfilm” kinostudiyasında çalışıb.
Bununla yanaşı, o, “Qayıqda üç adam (İti nəzərə almasaq)”, “Kapitan Qrantın axtarışında”, “Şam ağacları 1914” filmləri, həmçinin “Sınıq fənərlər küçəsi” və “Master və Marqarita” serialları ilə məşhur idi.