Rusiyalı aktyor Mixail Boyarskiy koronavirus yoluxduğundan, Botkinski xəstəxanasına yerləşdirilib.
Medicina.az xəbər verir ki, aktyor artıq 8 gündür xəstədir.
71 yaşlı Boyarskiy özünü normal hiss edir. Lakin aktyorun dostları deyir ki, onun telefonuna zəng çatmır və onlar danışa bilməyiblər.
2 ay öncə Boyarskiy kovid peyvəndi olunmuşdu və bunu həyatda sağlam,rahat yaşamaq üçün vacib şərt hesab edərək, peyvəndi təbliğ edirdi.
O, teatrda rollarına davam etmək üçün peyvənd olunduğunu bildirmişdi.