Rusiyada “rabota.ru”tədqiqat serveri ölkənin ən xoşbəxt şəhərinin sorğusunu keçirib.
“Medicina” xəbər verir ki, sorğuya görə, hər 9 rusdan biri özünü xoşbəxt hiss edir.
Daha çox Yekaterinburq və Sverdlovsk əyalətinin əhalisi özünü xoşbəxt hss edir, onlar xoşbəxtlik səviyyəsini 5 balla qiymətləndirib.
İkinci yerdə NijniNovqorod, üçüncü yerdə Tatarıstan və Samara tutub.
Hər 3 nəfərdən biri özünü 4 ballıq xoşbəxt hiss edir.
Xoşbəxtliyin orta balı 3 balla müəyyən edilib. Rəyi soruşulanların 32%-i məhz bu balı seçib.
Özünü xoşbəxt hiss edənlərin 54%-i xoşbəxtliyi ailədə gördüklərini deyir.
Eləcə də ailə, qohumlar, dostlarla ünsiyyət xoşbəxtlik hissini artırır.
Hobbi 38% insanı xoşbəxt edir.
Bununla belə, 36% başqa yerə, şəhərə köçüb, həyatını yeni səhifədən başlamaq arzusunu da bildirib.
Aygün Musayeva