Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun alkoqolun koronavirusa yoluxmamağa kömək edib etməyəcəyi haqqında danışıb.
Ridusun sözlərinə görə, koronavirus vəziyyətində, araqın insanı hər şeydən qurtaracağı mifi işə yaramır.
"Spirt çox tez buxarlanır, buna görə də alkoqolun uzunmüddətli profilaktik təsiri olmayacaqdır. Profilaktika üçün yalnız ölümcül doza bərabər olacaq bir miqdar olmalıdır. Buna görə də, hər hansı bir infeksiya üçün, o cümlədən koronavirusa, heç bir spirtli içki tövsiyə etmirik "-deyə bildirib.
Onun sözlərinə görə, virusun qarşısının alınması üçün isti çay, bitki mənşəli preparatlar,iynəyarpaqlı bitkilərdən istifadə edə bilərsiniz.
Narkoloq, karantinin ruslar üçün alkoqolizm təhlükəsi yaratmadığını söylədi, hal-hazırda karantində olan insanların sayı bütün ölkədə spirt istehlakı statistikasına ciddi təsir göstərmək üçün çox azdır.
“Alkoqolun icazə verilən dozası sıfırdır. Əgər siz alkaqol qəbul edirsinizsə bu, quru şərab olmalıdır. Yəqin ki, bir epidemiyada, dəstəklənəcək tək alkaqollu içki qırmızı şərab olacaq. Lakin doza normal olmalıdır - 50 ml-dən çox olmamaq şətilə"
Mütəxəssis, virusa yoluxan siqaret çəkənlərin vəziyyətinin pisləşməsi, hətta ölümcül olma ehtimalının 14 qat daha yüksək olduğunu iddia edən Çinli həmkarlarının araşdırmalarından da danışıb
"Siqaret çəkmək ağciyər, ürək-damar və toxuma hipoksiyasına səbəb olur, buna görə də bütün ağrılı proseslər daha çox patoloji olur" dedi.
Xatırladaq ki, Rusiyada koronavirus ilə bağlı vəziyyət nəzarət altındadır: iki aydan çox müddətdə 114 yoluxma halı qeydə alınıb, onlardan 5- i artıq sağalıb.