Professor Mixail Yenikeev urologiya şöbəsinin müdiridür. O, xərçəngi yeni üsulla müalicə etməyi təklif edir.
Medicina.az xəbər verir ki, o xəstəni narkozsuz və ağrısız əməliyyat edir.
"Biz xəstəyə əzab vermirik. Lazımsız əməliyyatlar etmirik. Yerli anesteziya altında, bədxassəli şişi məhv edirik. Xərçəng, dəhşətli xəstəlikdir. Ən ağır əməliyyatlar, bəzən insanı ayağa qaldıra bilir. Burada isə...
Belin aşağı hissəsinə iynə vururuq, şiş olan nahiyyəni 40 dərəcədə soyuduruq, bu üsulla xərçəng hüceyrələri dondurulur. Sonra isə heliumla, bu donmuş şiş təbii bədən hərarətnə çatana qədər qızdırılır. Belə temperaturun dəyişiminə məruz qalan xərçəng hüceyrələri məhv olurlar.
Ümumiyyətlə, xəstə əməliyyatdan bir neçə saat sonra evə gedə bilər.
Əlbəttə ki, biz ilk dəfə belə bir əməliyyat yerinə yetirəndə, xəstəni bir neçə gün stasionarda saxladıq, araşdırmalar. incələmələr aparıldı.
Belə əməliyyatları müasir texnika və tibb elminin son nailiyyətləri sayəsində mümkün olmuşdur. Aydındır ki, belə cərrahi müdaxilələr hamıya uyğun gəlmiyə bilər. Məsələn, kiməsə ümumi narkoz altında əməliyyat aparmaq təhlükəlidir".
Bu alternativ müalicə üsulu bir çox xərçəng xəstələri üçün ümid işığıdır. /SaqlamHeyat.az