Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyalı futbolçu Bakıda telefonçunun həyatını necə xilas etdi?

  • 2020.10.17 13:40
  • 2957 Baxış
Rusiyalı futbolçu Bakıda telefonçunun həyatını necə xilas etdi?

Rusiyanın "Zenit" komandasının sabiq futbolçusu Pavel Sadırin 1968-ci ilə Bakıda faciəvi hadisənin yaşanmasının qarşısını alıb.

Bu barədə "RİA Novosti" agentliyinin dərc etdiyi məqalədə bildirilib.

Qeyd olunub ki, Sankt-Peterburq təmsilçisinin heyətində "Neftçi" ilə oyun üçün Azərbaycan paytaxtına gəlmiş veteran futbolçu komanda yoldaşları Lev Belkin və Vasili Danilovla birlikdə telefonçunu su basmış otelin zirzəmisindən xilas edib: "Həmin gün şəhərdə güclü yağış yağırdı. Bu, təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Sadirin otelə qayıdarkən həmin şəxsin kömək üçün fəryadını eşidib və onu zirzəmidən çıxarıb".

Qeyd edək ki, Pavel Sadırin 2001-ci ildə, 59 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.