Rusiyada Covid-19 xəstələrinin müalicəsində istifadə olunan 3 dərmanın apteklərdə satışına icazə verildi.
Medicina.az xəbər verir ki, dərmanlardan "Areplivir"in qiymətinin 270 manat 12 qəpik olacağı deyilir. Dərmanlar gələn həftə satışda olacaq.
Qeyd edək ki, həmin dərmanlar indiyə qədər yalnız xəstəxanalarda və həkim nəzarətində olan xəstələrə verilirdi.
Qiyməti bəlli oldu
Dərmanlardan "Areplivir"in aptek satış qiymətinin 12 min 350 rubl (280 manat 35 qəpik), "Koronavirin" isə 11 min 550 rubl (262 manat 19 qəpik) olacağı gözlənilir.
"Avifavir", "Koronavir" və "Areplivir" olan dərmanların aktiv maddəsi "Favipiravir" olaraq təyin edilib. "Favipiravir" Yapon alimləri tərəfindən hazırlanan, patent müddəti bitmiş bir maddədir. Müxtəlif ölkələr o maddəyə əsaslanaraq dərman istehsal edə bilər. Rusiya Səhiyyə Nazirliyinin açıqlamasına görə, apteklərdə satışa icazə verilən dərmanlar "Favipiravir"in rus nümunəsi olacaq.
Aygün Nəbiyeva