Rusiyada son bir gündə daha 29 350 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 877 727 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 493 nəfər artaraq 51 351-i yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 295 362 nəfər sağalıb.