Rusiyada son sutka ərzində daha 9167 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 4 501 859 nəfərə çatıb.
Son sutka ərzində 405 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 97 017 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.