Rusiyada son bir gündə daha 14 494 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 012 710 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 536 nəfər artaraq 78 134-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 516 461 nəfər sağalıb.