Rusiyada son bir gündə daha 11 749 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 200 902 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 383 nəfər artaraq 84 430-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 751 562 nəfər sağalıb.