Moskvada koronavirusa qarşı "Sputnik V" vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb.
Medicina.az -ın məlumatına görə, sınaqlarda 12-17 yaş arası şəxslər iştirak edəcək.
Hazırda sınaqlarda iştirak edən könüllülərin müayinəsi aparılır. Prosesdə 100-ə yaxın könüllünün iştirakı planlaşdırılır.
Sınaqlar bir il ərzində davam edəcək.