Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada yeni trend: Tabutterapiya - Diri ikən yasını keçirirlər

  • 2024.10.21 15:33
  • 526 Baxış
Rusiyada yeni trend: Tabutterapiya  -  Diri ikən yasını keçirirlər
Rusiyada yeni psixoloji, travma terapiya trenddədir.

“Medicina” xəbər verir ki, psixoloji mərkəzin təşkilatçılığı ilə təşkil olunan tabut terapiyası müalicəvi prosedurdur.


Pasiyent tabuta uzanır, sanki ölüb və ailə üzvləri, qohumları onunla vidalaşaraq, vida çıxışı edir, fikirlərini deyirlər. Bunların hamısını insan eşidir.


Terapiyada məqsəd ölüm qorxusunu aşmaq, həyatın mənasını dərk etmək, həyata bağlanmaq və doğmaların sənin barədə fikirlərini sağ ikən eşitməkdir.


Terapiyanın qiyməti 35.000 – 150.000 rubl arasıdır. Vida mərasimi istəkdən asılı olaraq əlavə dekorlarla, bahalı tabutla keçirilə bilər.

Aygün Musayeva