Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada yayılan 3-lü epidemiyadan necə qorunaq? – Həkimdən tövsiyə

  • 2024.01.11 13:35
  • 1040 Baxış
Rusiyada yayılan 3-lü epidemiyadan necə qorunaq?  – Həkimdən tövsiyə
Rusiyada tibb maskaların taxılması ciddi tövsiyə olunur. Çünki ölkədə 3 xəstəlik eyni vaxtda aktivdir.


“Medicina” xəbər verir ki, immunoloq Vladimir Bolibok qrip, kovid və qızılcanın yayılmasından danışıb.

“Hazırda epidemioloji vəziyyət gərgin hesab edilə bilər. Bu xəstəliklərin hamısı hava damcı yolu ilə yayılır. Üçlü epidemiyada üçqat ayıq olmaq lazımdır.

Pandemiyada olduğu kimi maska taxmaq və sosial məsafəni qorumaq, əlləri təmiz tutmaq lazımdır. Qrip və kovidə qarşı vaksin də öz yerində...

Bu xəstəliklərin oxşar əlamətləri çoxdur. Amma fərqli cəhətləri də var. Qrip zamanı hərarət 39-a sürətlə çatır, başqa əlamət olmaya bilər. Kəskin respirator xəstəlik zamanı boğazda ağrı, burun tutulma olur, 2-3 gündən sonra qızdırma başlaya bilər.

Koronavirusda qızdırma gec və az qalxır. Adətən 38-i keçmir, bədəndə ağrılar olur, dad və qoxu dəyişir. Burun quru olur.

Viruslardan qorunma müalicədən vacibdir.

Çünki viruslar digər orqan və sistemlərə də təsir edir”.

Aygün