Rusiyada yarasalarda yeni, daha təhlükəli koronavirus növü tapıldı.
"Medicina" xəbər verir ki, Vaşinqton Dövlət universitetinin alimləri Rusiyadan olan yarasalarda aşkarlanan virusunun zülallarının Covidlə eyni olduğunu bildirib.
Kkosta-2 adlandırılan virus insana yoluxa bilir və kovid vaksinlərinə qarşı dözümlüdür.
Son illər Asiyadakı yarasalarda yüzdən çox koronavirus növü aşkarlanıb.
Amma yarasalarda olan hər virus insana keçə bilmir.
Rusiyadakı yarasalarda bu virus 2-3 ildir müşahidə olunur, amma insanlıq üçün təhlükəli olmadığı güman edilirdi.
Amma Khosta-2-nin zülal tutacaqları Covid kimi eynidir, ona görə insan hüceyrəsinə keçə bilər.
Virus antitellərə də dözümlüdür. Əgər bu virus insana kovid kimi keçsə, yeni epidemiya yarada bilər.
Aygün Musayeva