Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada yarasalarda naməlum koronavirus növləri tapıldı

  • 2020.10.29 17:01
  • 2243 Baxış
Rusiyada yarasalarda naməlum koronavirus növləri tapıldı

Rusiya Federal Virusologiya və Mikrobiologiya Mərkəzinin direktoru Denis Kolbasov bildirib ki, Rusiyada uçan yarasalarda bir neçə növ yeni koronavirus aşkarlayıblar.

Medicina.az xəbər verir ki, alim insanın onlardan yoluxa biləcəyini istisna etmir. Əgər insan onların ətini yeyərsə, nəcisinə toxunarsa, yoluxa bilər.

Yarasalara toxunmaq, sonra həmin əlləri gözə, ağıza toxundurmaq yoluxmaya zəmin yaradır.
Səthi olaraq virus nəcislə keçə bilər.

Rusiyada olan yarasalarda bir neçə növ koronavirus olduğu məlumdur. Qeyd edək ki, koronavirusun 49 növü var.
Mütəxəssislər bildirir ki, Yuhan koronavirusu yarasadan keçdiyi üçün ərazisində yarasa çox olan regionların əhalisi ehtiyatlı olmalıdır.


Rusiyanın hər yerində, hətta Piterdə də yarasalar uçur.
Bir müsbət məqam var ki, qışda yarasalar yuvalarında qış yuxusuna gedir, yazda aktivləşirlər. Ona görə indi yarasanın məskəninə gedib çatmayana kimi birbaşa uçan iblisdlərdən yoluxma riski azdır.