Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada xəstəxanalarda pulsuz qrip testlərinə başlanılır - Yoluxma çoxdur

  • 2022.12.16 15:21
  • 1512 Baxış
Rusiyada xəstəxanalarda pulsuz qrip testlərinə başlanılır  - Yoluxma çoxdur


Rusiyanın 80% şəhər poliklinikaları və xəstəxanalarında əhalinin pulsuz testlənməsinə başlanılır.

Bakupost.az xəbər verir ki, baş nazir Mixail Mişustin qrip virusuna qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə tapşırıq verib.

Kütləvi testləşdirmə qriplə yoluxmanın artması ilə labüd olub, bu operativ olaraq xəstələrin tez aşkarlanıb, müalicəyə cəlb olunmasını təmin edə bilər.

İnsanlar koviddə olduğu kimi, qripdə də təcrid olunmağı seçməlidir.

Qeyd olunur ki, 2022-ci ildə 2020-21-ci illərə nisbətən qrip 2 dəfə artıb və artıq koviddən üstündür. 2023-cü ildə də qrip aktiv virus olacaq.

Qrip testi də kovid kimi PZR yaxma test formasında götürüləcək.

Aygün Musayeva
BakuPost