Rusiyada son bir gündə daha 23 541 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 332 142 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 506 nəfər artaraq 60 457-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 709 452 nəfər sağalıb.