Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada təhlükəli virusa yoluxma hallarında artım qeydə alındı

  • 2024.07.10 14:40
  • 741 Baxış
Rusiyada təhlükəli virusa yoluxma hallarında  artım qeydə alındı
Rusiya Federasiyasında enterovirus infeksiyası (EVI) hallarının mövsümi artımı qeydə alınıb.

Medicina.az xəbər verir ki, “Rospotrebnadzor” idarəsi (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) bunu dəniz mövsümünün başlanğıcı və tətil dövrü ilə əlaqələndirir.

İdarənin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, Rospotrebnadzor enterovirus infeksiyalarının qarşısının alınması ilə bağlı regionlara metodiki məktublar göndərib.

“Adətən yaz-yay və payız aylarında müşahidə olunan və hazırda dəniz mövsümünün başlanması, eləcə də tətil dövrü ilə əlaqədar olaraq enteroviral infeksiyalara (EVI) yluxma hallarının mövsümi artımı müşahidə olunur. Xəstəliyə nəzarəti yaxşılaşdırmaq məqsədi ilə Rospotrebnadzor təlimatlar hazırlayıb və regionlara təlimat məktubları göndərib”, - məlumatda deyilir.

Qurum xəstəliyin qarşısını almaq üçün əhalini içki və qida keyfiyyəti mövzusunda diqqətli olmağa, gigiyena qaydalarına əməl etməyə çağırıb.


Aysel