Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada təcili yardım işçiləri etiraza qalxdı – Maaş azdır

  • 2019.08.29 15:50
  • 4641 Baxış
Rusiyada təcili yardım işçiləri etiraza qalxdı –  Maaş azdır
Rusiyanın Petrozavodsk şəhərində bütün təcili yardım işçiləri tətilə çıxır. Etiraza və boykota səbəb maaşın azlığı, staja görə artımın olmaması və tibbi briqadaların tam təmin edilməməsidir.


Medicina.az xəbər verir ki, hakimiyyətə ünvanlanan müraciətdə təcili yardım həkimləri növbə briqadalarının sayının artırılmasını, staja görə maaş əlavəsinin qaytarılmasını, sürücülərin sayının və peşəkarlığının artırılmasını, maaşların  isə 42 min rubla qədər qaldırılmasını tələb edir. 

Hazırda feldşerlər aya 24 min, tibb bacıları 22 min, sürücülər isə 18 min rubl maaş alır. 


Həmkarlar İttifaqının yerli şöbəsində bildirilib ki, əgər tələblər təmin edilməsə, 15 sentyabrdan aksiyalar başlayacaq. 


Qeyd edək ki, ötən həftə Rusiyada Nijniy Taqil şəhərində 6 cərrahın işin çox, maaşın isə az olması səbəbindən kütləvi işdən çıxarılması xəbəri də rezonans yaratmışdı.