Rusiyada son bir gündə daha 16 627 nəfərə COVID-19 diaqnozu qoyulub.
“medicina” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 951 233 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 497 nəfər artaraq 76 229-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 436 326 nəfər sağalıb.