Rusiya Federasiyasında ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 719 nəfər ölüb, pandemiya ərzində sözügedən virusdan ölənlərin sayı 149 138-ə çatıb.
Medicina.az xəbər verir ki, u barədə jurnalistlərə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan bildirilib.
"Son 24 saat ərzində 719 nəfərin koronovirusdan ölməsi təsdiqlənib. Bütün dövr ərzində Rusiyada 149 138 nəfər koronavirusdan ölüb", - qərargahdan bildirilib.