Rusiyada son sutkada 18 648 nəfər koronavirusa yoluxdu

  • 2020.11.03 11:49
  • 26467 Baxış
Rusiyada son sutkada 18 648 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 18 648 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 673 686 nəfərə çatıb.

Son sutka ərzində 355 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 828 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.