Rusiyada son sutka ərzində daha 15 099 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Medicina.az xəbər verir ki, Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 399 334 nəfərə çatıb.
Son sutka ərzində 185 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 24 187 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir