Rusiyada son bir gündə daha 23 610 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 015 608 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 463 nəfər artaraq 34 850-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 526 656 nəfər sağalıb.