Rusiyada reseptsiz dərman satışına görə cərimə 200 min rubla qədər artacaq. Bu qanun martın 14 – dən qüvvəyə minir.
“Medicina” xəbər verir ki, martın 14-də Dövlət Duması senatorlar və “Vahid Rusiya” fraksiyasından olan deputatların reseptsiz dərman satışına görə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul etməyi planlaşdırır. Nəşrin məlumatına görə, əczaçılıq işçiləri və vəzifəli şəxslər üçün cərimələr 10 min rubldan 20 min rubla qədər (və ya altı aydan bir ilədək müddətə diskvalifikasiya) olacaq.
Qeyd olunur ki, 2010-cu ildən Rusiyada psixoaktiv təsir göstərən narkotiklərdən asılı olan insanların sayında 2,5 dəfədən çox artım müşahidə olunub.
Əvvəllər tütün istehsalçıları siqaret və elektron siqaretlər kimi nikotin tərkibli məhsulların qanunsuz satışına görə bazarlarda daha sərt cəzalar təklif edirdilər.
Aygün Musayeva