Rusiyada ilk dəfə dünyada quş qripinin insandan insana asanlıqla keçən və yayıan yeni ştammı ilə yoluxma faktı aşkarlanıb.
Virusu ölkənin cənubunda quş fabriklərinin 7 nəfər əməkdaşında tapıblar.
Medicina.az xəbər verir ki, Rospotrebnadzorun rəhbəri Anna Popova yeni elmi kəşf barədə məlumat verib.
“Vektor elmi mərkəzi laboratoriyasında ilk dəfə insanın quş qripi A (H5N8) virusuna yoluxması faktı sübut olunub.
Alimlər 7 nəfərin genetik materialında bu qripin viruslarını aşkarlayıb.
Quş fabrikinin əməkdaşları ötən ilin dekabrında həmin ərazidə baş verən quş qripi yayılması zamanı yoluxublar. Lakin onlar hansı virusa yoluxduqlarını bilməyiblər. O zaman insanlar və heyvanların qorunması üçün təcili tədbirlər görüldü və virusun yayılmasının sonrakı gedişatının qarşısı alındı”
Yeni qrip mutasiyası H5N8 quşdan insana keçə bilir və o artıq cinslər arasındakı hüceyrə baryerini aşa bilib.
Hələ ki, insandan insana bu virusun keçə bilməsi məlum deyil.
Rusiya bu araşdırmanı və faktı Dünya Səhiyyə Təşkilatına göndərib.