2024-cü ilin ik ayından Rusiyanın 10-dan çox regionunda heyvanlar arasında quduzluq halları artdığı üçün karantin tədbirləri elan edilib.
“Medicina” xəbər verir ki, təkcə yanvarda 80 yoluxma faktı qeydə alınıb.
Voronej əyalətində bir itdən 7 ev iti yoluxub. Novosibirskdə isə quduz tülkülər aşkar olunub.
Həkim Pavel Xoroşev quduzluğun artma səbəbini ötən illərdə vəhşi heyvanların populyasiyasının az olmasında görür.
Hətta bir regionda tək-tək faktlar aşkarlansa da virus 100% ölümcül olduğu üçün karantin olmalıdır.
Quduzluğun yayılmasında başlıca rolu çöl siçanları və gəmiricilər oynayır.
Eləcə də ev və təsərrüfat heyvanlarının vaxtında vaksinasiya olunmamasıdır.
Yoluxmanın aprelə doğru azalacağı gözlənilir.
Aygün