Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada qripin B variantı yayılacaq – Epidemioloq

  • 2023.01.05 15:09
  • 1372 Baxış
Rusiyada qripin B variantı yayılacaq  – Epidemioloq


Məşhur rusiyalı epidemioloq Aleksandr Qinçburq Rusiyada dominan virusun B variant qrip olacağını açıqlayıb.

Bakupost.az xəbər verir ki, hazırda mövsümi qrip A variantı üzrə gedir, bu daha çox donuz qripi kimi tanınır.

Kütləvi yoluxmanın pik həddə çatdığı bu epidemiya hələ son deyil.

“Onu əvəz edən B variant qrip gələcək. Və proqnozuma görə, bu dominant virus olacaq.

B variant da çox ağır gedişlidir, elə indi də müəyyən miqdar dövriyyədə var, sadəcə biri digərini sıxışdırır.

A variantdan fərqli olaraq, B pandemiya yaratmır. Qripə qarşı vaksinasiya hər il aparılmalıdır.

Hazırda Rusiyada epidemik qripdir, belə vəziyyət 5-6 ildən bir baş verir. Bu epidemiya fevraldan yekunlaşmağa başlayacaq”.