Bu il Rusiyada Qərbi Nil qızdırmasının təcrid olunmuş halları qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.
Məlumata görə, virus əsasən xaricdən gətirilib.
Qurum həmçinin vurğulayıb ki, xəstəliyin ölkə daxilində və xaricdə yayılmasının monitorinqi davamlı olaraq həyata keçirilir.
Qərbi Nil qızdırmasının təbii ocaqları Afrika, Amerika, Avropa və Asiyanın 90-dan çox ölkəsində yerləşir.
Bu gün Rusiyada bu virusa nadir rast gəlinir. Lakin Rusiyanın mərkəzi və Volqaboyu ərazilərində iqlim dəyişikliyi ilə bağlı olaraq daha çox müşahidə edilir.
Virus ağcaqanad sancması ilə ötürülür. Simptomlara yüksək hərarət, baş ağrısı, əzələ ağrısı və səpgi daxildir. Xəstəlik əzələ zəifliyi və ya əzaların iflici kimi geridönülməz fəsadlar vura bilir.
Aysel