Rusiyaya məxsus təyyarədə Tacikistana uçuş zamanı hamilə qadın qız uşağı dünyaya gətirib.
"Medicina" xəbər verir ki, təyyarənin göyərtəsində hazırda stüardessa olan keçmiş feldşer və tibb bacısı işləyən sərnişin olub.
Doğuş fəsadsız keçdiyi üçün təcili enişə ehtiyac qalmayıb.
Sərnişinlər yeni doğulan körpə üçün birbaşa təyyarədə 55 min rubl toplayaraq, hədiyyə ediblər.
Aygün Musayeva