Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada peyvənd olunan jurnalist COVİD-ə yoluxdu

  • 2020.11.28 14:51
  • 1251 Baxış
Rusiyada peyvənd olunan jurnalist COVİD-ə yoluxdu

Rus jurnalist Aleksey Pivovarov koronavirusa yoluxub. Pivovarov iki ay əvvəl koronavirusa qarşı "Satellite V" peyvəndi etdirib.

O, bu haqda öz Twitter mikrobloqunda məlumat verib.

"Onsuz da çoxları bilir deyə, bu haqda yazmağın doğru olduğunu düşünürəm: koronavirusa yoluxmuşam. Bəli, iki ay əvvəl kovidə qarşı peyvənd etdirdim. Beləcə, təcrübə yolu ilə bu vaksinin boş şey olduğunu öyrəndim. Ya da belə deyək: "Sputnik” məndə işə yaramadı", - jurnalist yazıb.