Rusiyada oktyabrın 21-dən xaricdən gələn peyvənd olunmayan ölkə vətəndaşları üçün PCR-test tələbi ləğv olunur.
Medicina.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yayıb.
Həmçinin qeyd olunur ki, Rusiyaya gələn əcnəbilər də PCR-test verməyə bilər və onlardan yalnızca təqdim olunan anketi doldurmaları tələb olunur.