Rusiyada son bir gündə daha 28 585 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 597 711 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 613 nəfər artaraq 45 893-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 059 840 nəfər sağalıb.