Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada oksigen aparatlarında texniki nasazlıq: COVID xəstələri öldü

  • 2021.02.10 15:31
  • 1653 Baxış
Rusiyada oksigen aparatlarında texniki nasazlıq: COVID xəstələri öldü

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərindəki Nikolskaya xəstəxanasının Reanimasiya şöbəsində üç nəfər oksigen verilməsinin kəsilməsi səbəbindən ölüb.

İlkin məlumatlara görə, oksigenin verilməsinin dayandırılmasına texniki nasazlıq səbəb olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, oksigen verilməsində kəsinti xəstəxananın COVID bölməsində baş verib. Mənbənin məlumatına görə, nasazlıq səbəbindən nə yanğın, nə partlayış olub. Hazırda faktla bağlı istintaq tədbirləri görülür./Report