Rusiyanın bir neçə regionunda yeni norovirus alovlanması qeydə alınıb.
“Medicina” xəbər verir ki, həkimlər bu infeksiya zamanı güclü susuzlaşma və orqanizmin quruması riski olduğunu bildirir. Bu da uşaqlar və yaşlılar üçün risklidir.
Virusun digər adı “mədə qripidir”.
Bu infeksiya əvvəlcə özünü sadə zəhərlənmə, ishal kimi göstərir, simptomlar mədə-bağırsaqdan başlayır.
Çox yoluxucudur və qapalı məkanlarda, iş yerləri kollektivlərdə sürətlə yayılır.
Həkimlər norovirusun bu əlamətlərini açıqlayıb:
- Mədə, qarında ağrı
- ürəkbulanma, qusma
- ishal
- yorğunluq
- susuzlaşma
- temperaturun 37-ni keçməsi
- iştahsızlıq
Mədə qripi virusu su, yemək, çirkli əlləri ağıza vurmaq və xəstə insandan keçir.
Uşaqlarda qızdırma qalxa bilir, qusma olur, yemir, içmir, böyüklərdə daha çox ishal olur. Virusu özbaşına müalicə etmək olmaz. Mütləq su-mineral balansı bərpa olmalıdır.
Aygün Musayeva