Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada nazik bağırsaq köçürülməsi baş tutdu

  • 2024.04.19 20:50
  • 1286 Baxış
Rusiyada nazik bağırsaq köçürülməsi  baş tutdu


Rusiyanın Sklifosovskiy institutunda nazik bağırsaq köçürülməsi əməliyyatı uğurla baş tutub.


“Medicina” xəbər verir ki, bu çox nadir növ orqan transplantasiyasıdır, hər xəstəyə edilmir.


İlk dəfə bu institutda 10 il əvvəl icra edilmişdi. Bu artıq ikincidir.

Xəstə 48 yaşlı qadın nadir genetik xəstəlikdən əziyyət çəkirdi. Nəticədə oun nazik bağırsağında tromboz yaranıb.

Total nekroz olduğu üçün yeganə xilas yolu orqan idi.

“Baxmayaraq ki, bu əməliyyat texniki çətindir, bizi institut Rusiyada bunu icra edən yeganə yerdir. Nazik bağırsağın total nekrozu bütün bədənin intoksikasiyasına səbəb olur, xəstə 2sutkaya ölə bilər.


Bu zaman qidalanma kateterdən olur” – deyə akademik Moqeli Xubutiya bildirib.

Donor orqan meyitdən götürülüb, xəstənin vəziyyəti yaxşılaşır.


Aygün M