Rusiyada kütləvi yerlərdə - ictimai nəqliyyatda, avtomobil dayanacaqlarında və liftlərdə tibbi maskadan istifadə məcburi olub.
TASS xəbər verirr ki, bununla bağlı “Rospotrebnadzor” tərəfindən müvafiq qərar yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul olunub.
“Rospotrebnadzor” əyləncə tədbirlərinin və ictimai-iaşə müəssisələrinin fəaliyyətinin saat 23:00-dan 06:00-dək dayandırılmasını da tövsiyə edib.