Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada koronavirusun XEC variantına ilk yoluxma

  • 2024.10.01 12:19
  • 1530 Baxış
Rusiyada koronavirusun XEC variantına  ilk yoluxma
Rusiyada koronavirusun XEC variantına ilk yoluxma qeydə alınıb.

Bu barədə Rospotrebnadzorun Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, Rusiyada koronavirusun XEC variantına yoluxma ilə bağlı yeddi hal müəyyən edilib.


“Qurum rəsmiləri COVID-19-un yeni variantı - XEC ilə bağlı vəziyyəti izləməyə davam edir, bütün dövr ərzində cəmi yeddi hal aşkarlanıb”, - deyə Rospotrebnadzordan bildirilib.

Qurumdan verilən açıqlamada o da qeyd olunub ki, Rusiyada koronavirus infeksiyasının dominant variantı JN.1 xətti olaraq qalır.