Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada koronavirusun geniş yayılmasının günahkarı məmurlardır- Kreml rəsmisi

  • 2020.04.27 15:28
  • 1746 Baxış
Rusiyada koronavirusun geniş yayılmasının günahkarı məmurlardır - Kreml rəsmisi


Rusiyada pandemiyanın geniş miqyas almasının əsl səbəbləri açıqlanıb.

“Məmurların bir çoxu koronavirus təhdidinə qarşı lazımi ciddiyyəti sərgiləməyib”.

Medicina.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Məmurların çoxu ciddiyyət göstərmədi. Bəziləri informasiya çatışmazlığından, bəziləri də digər səbəblərdən bunu etdi. Lakin bu və ya digər şəkildə hər kəs təhlükənin miqyasının nə qədər böyük olduğuna vaxtındal inanmadı”.

Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində daha ciddi və sərt tədbirlər tətbiq etmək lazımdır.

Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasına görə, son sutka ərzində 6 min 198 nəfər infeksiyaya yoluxub. Bununla da ümumi say 87 min 147-yə çatıb. Yeni faktların 43,4%-də xəstəliyin simptomları aşkarlanmayıb. 579 xəstənin sağalması ilə virusa qalib gələnlərin sayı 7 min 346 olub. Ölü sayı 50 nəfər artaraq 794-ə çatıb.