Rusiyada koronavirusdan ölənlərin sayı artır.
Medicina.az xəbər verir ki, ölkədə son sutka ərzində infeksiyadan beş ölüm faktı qeydə alınıb.
Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 9-a çatıb.
Moskvada küçəyə yalnız xüsusi icazə sənədi ilə çıxmaq mümkün olacaq.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Sənəd Moskva meriyası tərəfindən müəyyən edilmiş qaydada veriləcək.
Qeyd edək ki, qadağalar sabahdan (30 mart) qüvvəyə minir və ən azı bir həftə davam edəcək.