Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada koronavirusdan ölən tibb işçilərinin sayı 187-ə çatdı

  • 2020.05.19 17:08
  • 1278 Baxış
Rusiyada koronavirusdan ölən tibb işçilərinin sayı 187-ə çatdı


Rusiyada koronavirusdan ölən hər 15 nəfərdən biri tibb işçisidir.

Medicina.az xəbər verir ki, Rusiya həkimləri tərəfindən koronavirusdan ölən həmkarlarının xatirəsinə yaradılan “Xatirə siyahısı” layihəsində onların adları yazılıb.


Bildirilib ki, jurnalistlər siyahıdakı 222 addan 186-nın tibb işçisi olduğunu təsdiqləyib. Ölən səhiyyə işçilərindən 16-sı Moskva ətrafının, 14-ü isə Sankt-Peterburqun sakinləridir.

Məlumata görə, ölkə üzrə COVID-19-dan azı 186 tibb işçisi ölüb. Başqa sözlə, pandemiya nəticəsində ölənlərin ümumi sayının 7 faizi onların payına düşür.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 2 837-yə yüksəlib.