Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada koronavirusa yoluxan şəxsin vəziyyəti necədir?- AÇIQLAMA

  • 2020.02.01 10:49
  • 4367 Baxış
Rusiyada koronavirusa yoluxan şəxsin vəziyyəti necədir?-  AÇIQLAMA
Koronavirus Rusiyanın Zabaykal diyarında da aşkarlanıb.

Medicina.az xəbər verir ki, həmin şəxsin son durumu ilə bağlı məlumat yayılıb. İstehlakçı hüquqlarının müdafiəsi və insanın rifahına nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) nümayəndəsi Svetlana Lapu bildirib ki, xəstə artıq sağalma mərhələsindədir.

Lapu onu da qeyd edib ki, həmin şəxslə yalnız iki nəfər ünsiyyətdə olub: “Onlar yoxlamadan keçiblər, virus aşkarlanmayıb”.(qafqazinfo.az)

Xatırladaq ki, daha əvvəlki məlumatlarda Rusiyada koronavirusa iki Çin vətəndaşının yoluxduğu, həmin şəxslərin Zabaykalsk diyarı və Tümen vilayətində yaşadığı bildirilmişdi.