Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada koronavirus peyvəndini hazırlayan – 30 yaşlı tatar alim kimdir?

  • 2020.04.15 18:39
  • 7014 Baxış
Rusiyada koronavirus peyvəndini hazırlayan    – 30 yaşlı tatar alim kimdir?

İlnaz İmatdinov Rusiyanın Vektor adlı virusologiya mərkəzinin gənc elmi işçilərindən biridir. O, 24 yaşında namizədlik dissertasiyasını müdafiə edib.

Medicina.az xəbər verir ki, sadə həyat keçirən, çoxlu pişikləri olan İlnaz indi mərkəzdə koronavirus peyvəndinin hazırlanması ilə ciddi məşğuldur və ona mətbuata çıxmağa da nadir halda icazə verilir.

Düzdür, vaksin üzərində bir yox, elmi qrup çalışır. Amma Rusiyada yaxın vaxtlarda könüllülər üzərində sınaqdan keçiriləcək vaksinin əsas müəllifi rəsmi olaraq 30 yaşlı İmatdinov elan edilib.

Gənc alim peyvəndi öz üzərində sınayacaq ilk qrupa da daxildir.

İlnaz çalışdığı iş və elmi mərkəz barədə danışmır:

“Müəssisə qapalıdır, hər şey burda məxfiləşdirilib. İşim barədə çox danışa bilmərəm, yaxınlarıma belə”.
Tatarıstanda doğulan alim Dövlət Kənd təsərrüfatı akademiyasını bitirib. Elmi işini “Rift qızdırması virusunun zülal genlərinin klonlaşdırılması” üzrə yazıb.