Rusiyada koronavirus infeksiyası daha 4 nəfərdə aşkarlanıb.
Medicina.az Report-a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 14-ə çatıb.
Məlumata görə, yeni yoluxanlardan 3 nəfər Lipetskdə, 1 nəfər isə Sankt-Peterburqda müalicə alır. Bütün yoluxmuş şəxslər son iki həftədə İtaliyaya səfər ediblər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 749-yə çatıb. Bunların 58 456 nəfəri sağalıb, 3 522 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.