Rusiyada son bir gündə daha 24 715 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 520 531 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 555 nəfər artaraq 64 495-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 909 680 nəfər sağalıb.