Rusiyanın Saratov vilayətində həkimlər 43 yaşlı kişinin alnından canlı qurd aşkar ediblər.
BAKU.WS bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, xəstə üzündə şişkinlik hiss edib və həkimə müraciət edib. Ona dərman yazılsa da, faydası olmayıb.
Kişi daha sonra cərrah tərəfindən müayinə olunub və xəstədə parazitar infeksiya əlamətlərinin olduğu müəyyən edilib.
Əməliyyat zamanı kişinin alnından uzunluğu 12 santimetr olan Dirofilaria cinsinə aid canlı helmint (bu parazit qurdlar insan sağlamlığına zərər verir) çıxarılıb.