Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada "Kentavr" tüğyan edir - Maska rejiminə qayıdış

  • 2022.07.28 17:35
  • 2280 Baxış
Rusiyada "Kentavr" tüğyan edir  - Maska rejiminə qayıdış

Rusiyada Omikronun alt "Kentavr" və "Nindza" variantları bir həftədə yoluxmanı 50% artırıb.


Bakupost.az xəbər verir ki, ötən sutkada xəstəxanaya aparılanlar isə 119% çoxalıb.


BA4-ün alt variantı Nindza, BA2-nin variantı Kentavr o qədər sürətlə yayılır ki, Rospotrebnadzor tibb işçiləri və pasiyentlərə maskaya qayıtmağı tövsiyə edib.

"Koronavirus heç yerə getməyib. Ruslar Omikronun adi qrip kimi keçəcəyini güman edib, xəstələnəndə test belə vermədilər.
İndi yenidən aktiv diaqnostika bərpa olunub. Test mütləqdir, yoxsa yaxınlarınızı təhlükəyə atırsız".

Rusiyada ötən ay 44 min insan xəstələnmişdi, bu ay yoluxanlar 48% artıb.

Hər həftə ötən həftədən daha 50% çox xəstə aşkarlanır.

Maska və əlcəklərə qayıtmaq lazım olacaq.