Rusiya ərazisində bu mövsümdə ilk dəfə H3N2 qripi qeydə alınıb.
"Medicina" xəbər verir ki, bu ölkədə epidemik vəziyyəti dəyişir.
Anna Popova bildirib ki, H3N2 xaricdən, Misirdən ölkəyə daxil olub.
Hələlik ölkə ərazisində digər qrip virusu yoxdur.
Bizim hələ vaxtımız var ki, epidemioloji vəziyyəti başqa aspektdən dəyərləndirib, hərəkət planı tərtib edək.
İşçi qrupu bu qripin özünü necə aparacağını izləyəcək. Rusiya ərazisində onun dövr etməsi yayılarsa, əlavə tədbirlərə ehtiyac ola bilər.
Aygün Musayeva